Mübariz Əhmədoğlu: Erməni xalqı Paşinyandan üz çevirir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Erməni xalqı Paşinyandan üz çevirir

10:12 - 12 / 06 / 2019
Mübariz Əhmədoğlu: Erməni xalqı Paşinyandan üz çevirir

Abovyan şəhərinin merliyinə keçirilən seçkilərdə N.Paşinyan növbəti dəfə məğlub oldu. Bəlkə də bu onun belə 4-cü məğlubiyyəti idi. Özü birbaşa seçki kompaniyasına qatıldı, əhalini öz namizədinə səs verməyə çağırdı. Amma əhali onun dediyinə riayət etmədi və fəaliyyətdə olan Abovyan şəhərinin meri qələbə çaldı.

Sonradan N.Paşinyan bunu demokratiyanın qələbəsi kimi dəyərləndirdi. Səsvermədən bir neçə gün öncə və səsvermə günü baş verənlər göstərdi ki, Abovyanda baş verənlərin demokratiya ilə zərrə qədər əlaqəsi yoxdur; Polis tam gücü ilə “Mənim Addımım” blokundan irəli sürülən namizədin rəqibinə qarşı, yəni fəaliyyətdə olan merə qarşı işlədi, hətta tərəfdarları həbs olundu, özü saxlanıldı.

Bir neçə ay öncə Sünikdə də eyni belə vəziyyət yaranmışdı. Orada N.Paşinyan yaranmış vəziyyətin 4 izahını verdi. İndi getdikcə verdiyi izahların sayı da azalır. N.Paşinyanın xalq qarşısında nüfuzunu itirməsinin digər əlaməti artıq Ermənistanda ondan reytinqli siyasətçinin meydana çıxmasıdır. “Gallup Armeniya”nın keçirdiyi rəy sorğusuna görə prezident Armen Sərkisyan Nikol Paşinyandan daha üstün reytinqə malikdir. Söz yox “Gallup Armeniya” N.Paşinyana da hədsiz böyük rəqəm yazmışdı-81 faiz, amma A.Sərkisyana isə 85 faiz səs yazmışdı.

N.Paşinyanın əhalinin dəstəyini itirməsi gözlənilən idi. Çünki verdiyi vədlərin heç birisini yerinə yetirməyib, bu bir tərəfə. Eyni zamanda da Ermənistandan xeyli vacib iş adamlarını qovub. Amma ən əsası isə “məxməri inqilab” mitinqin ümumi ruhuna xəyanət etdi. Əhali N.Paşinyanı hakimiyyətə gətirəndə onu Dağlıq Qarabağ məsələsindəki mövqeyinə görə dəstəkləyirdi. O, uzun müddət Levon Ter-Petrosyanın tərəfdarı olmuşdu, heç vaxt Dağlıq Qarabağ məsələsində konkret millətçi mövqedən çıxış etməmişdi. O hesaba da ona dəstək veriblər. İndi də əhalinin bu mövqeyini inkar edir. Təbii ki, hadisələrin belə gedişi Ermənistandakı vəziyyətin aylarla ölçülən müddətdə kəskinləşəcəyini deməyə əsas verir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
969

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51
Bütün xəbərlər