Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

15:19 - 19 / 04 / 2024
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda, həmçinin cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı Müstəqil Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquq mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən danışıb, uzumüddətli institusional əməkdaşlığın təsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlu fəaliyyətini yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün faydalı olacağını bildirib.

Paylaş:
232

Son xəbərlər

Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04
Bütün xəbərlər