Mübariz Əhmədoğlu: Ermənilər Əsgərov və Quliyevin məhkəməsindən başqa bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilər Əsgərov və Quliyevin məhkəməsindən başqa bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar

09:54 - 20 / 09 / 2019
Mübariz Əhmədoğlu: Ermənilər Əsgərov və Quliyevin məhkəməsindən başqa bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar

Ermənistanda indi adi məhkəmə Konstitusiya Məhkəməsinin qərarının əleyhinə qərar çıxara bilir. N.Paşinyana qədər və N.Paşinyanın dövründə məhkəmələr yalnız yuxarıdan gələn sifarişləri yerin yetirməklə məşğul idi. Sifarişlər olmadığı təqdirdə isə məsələləri həll edən əsas açar rüşvət idi.

N.Paşinyan hakimiyyətə gəldikdən sonra hətta Ermənistanda məhkəmələrin vettinqi aktuallaşdı. Adətən Afrika və Latın Amerikası ölkələrində tətbiq olunan bu metodu Ermənistana gətirirlər. Ermənistan məhkəmələrinin həmişə siyasi sifariş yerinə yetirdiyi, yuxarıların göstərişini yerinə yetirdiyi indi heç kəsə sirr deyil. Məqsədimiz erməni məhkəməsinin mahiyyətini tam açıqlamaq deyil. Məqsədimiz erməni məhkəməsinin hətta erməniyə qarşı ədalət mühakiməsi aparmaq imkanında olmadığını göstərməkdir. Ermənilərə qarşı ədalət mühakiməsi aparmaq gücündə olmayan erməni məhkəməsi azərbaycanlı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi həbs cəzasına məhkum edib. Dilqəm Əsgərovun Azərbaycanın işğal olunmuş ərazisində törətdiyi “cinayətinin” motivasiyası bəllidir. Guya o, erməni ordusunun mayorunu öldürüb.

Cinayət işinin detalları ilə hərtərəfli tanışlıq göstərir ki, mayor özünün tabeçiliyində olan leytenantın həyat yoldaşını Yerevandan maşınına qoyub Dağlıq Qarabağa -hərbi hissəyə gətirirmiş və bu əvəllər də bir neçə dəfə olub. Dağ-dərə, meşəlikdən keçən təxminən 8 saatlıq yolda mayor maşını saxlayıb həmin gənc leytenantın gənc xanımı ilə əylənirmiş. Bu zaman leytenant mayoru güllələyib. Təsadüfən həmin ərazidə olan D.Əsgərov və Ş.Quliyev ermənilərin qəzəbinə tuş gəldi. Mayorun ölümünü onun üstünə qoydular. İndi ermənilər D.Əsgərov və Ş.Quliyevin məhkəmə işindən başqa bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar.

Dağlıq Qarabağdakı son “seçkilərə” ermənilərin özlərinin verdiyi qiymət də göstərdi ki, Dağlıq Qarabağda bu vaxta qədər demokratiya ilə bağlı deyilənlər sadəcə beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək məqsədi daşıyırdı. Ona görə Dağlıq Qarabağda da demokratiya, hüquq- məhkəmə sistemi normal ola  bilməz.

Beynəlxalq ictimaiyyət D.Əsgərovun və Ş.Quliyevin erməni məhkəməsi tərəfindən mühakimə olunmasına siyasi qərar kimi yanaşmalı və bu barədə kifayət qədər ciddi addım atmalıdır.

Beynəlxalq aləm ermənilərin Azərbaycan torpağını işğalı məsələsində hökmən hansısa bir stereotipi dəyişməlidir. Bununla onlar ermənilərə kömək etmiş olurlar. Çünki erməni stereotipləri Dağlıq Qarabağ probleminin həllinə imkan vermir  və bu stereotiplər də artıq Ermənistan cəmiyyətini dağıdır, ermənilər üçün əlavə problemlər yaradır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
603

Son xəbərlər

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15
Bütün xəbərlər