1news.az

Mübariz Əhmədoğlu: Ermənilərin genetik yaddaşı indi onların əleyhinə çevrildi

18 İyul saat 12:22 ~ 5 dəqiqəlik oxu 361
Mübariz Əhmədoğlu: Ermənilərin genetik yaddaşı indi onların əleyhinə çevrildi

Ermənilər möhkəm genetik tarixi yaddaşa malik xalqlar sırasındadır. Bunu onların uydurduğu miflərin diqqətli təhlili göstərir. Ermənistanın genetik yaddaşında daha çox faciəvi, neqativ anlar yaşaması çox böyük ehtimalla xalqın keçdiyi yolun genetik təsviridir. Çünki ermənilər həmişə konfliktogenliyi ilə xarakterizə olunublar. Tarixə böyük iddiası olan yeganə xalqdır ki, dövləti olmayıb.

Ermənistanın Xİ naziri Z.Mnasakanyan Vaşinqton görüşündən sona Dağlıq Qarabağda 3 gün müddətdə çoxsaylı görüşlər keçirtdi. Onun qondarma qurumun separatçı lideri B.Saakyanla 3 saatlıq görüş keçirməsi diqqət çəkir.

Z.Mnasakanyanın dediyinə görə onun səfərdə əsas məqsədi qondarma Dağlıq Qarabağ rəhbərliyində mülkiyyətçilik və yaxud özünəməxsusluq hissini möhkəmləndirməkdir. Dağlıq Qarabağ erməniləri özünü indiki vəziyyətdə rahat hiss etmirlər.  Səbəbi Azərbaycandan təhlükə gözləmələri ilə bağlıdır. Ermənilərin genetik yanaşma yaddaşı prizmasından məsələyə yanaşsaq həqiqət üzə çıxır: Ermənilərin genetik yaddaşında Dağlıq Qarabağ onlara məxsus deyil. Müxtəlif yerlərdən onlar Dağlıq Qarabağa gəliblər, Dağlıq Qarabağa hissə-hissə gəldikcə saxtakarlıqla məşğul olublar. Alban tarixini özününküləşdiriblər. Bu regionda erməni-müsəlman və ya erməni-azərbaycanlı münaqişələrinin tarixi çar Rusiyasının Osmanlı və Persiya imperiyalarına qarşı mübarizəsi üst-üstə düşür. İrandan və Osmanlıdan köçüb gəlmələri və ermənilərin bu ərazilərdə olduğu dövrdə tarixi saxtalaşdırmaları ermənilərin genetik yaddaşındadır. Həmin genetik yaddaş ermənilərə diktə edir ki, siz bu torpaqda müvəqqətisiniz. Müəyyən qədər imkana malik olduqları üçün ermənilər beynəlxalq aləmdən onları Azərbaycan torpağında sahibə çevirən təminatlar almağa çalışırlar.

Məsələdə burasındadır ki, bir qrup ermənidə bu genetik qorxaqlıq artıq o qədər güclüdür ki beynəlxalq aləmdə heç bir millətə məxsus olmayan təminatlar və yaxud tələblər ortalığa qoyulur. Z.Mnasakanyanın Dağlıq Qarabağda olarkən verdiyi açıqlamanın mahiyyəti də budur. Başqa sözlə, Mnasakanyana Dağlıq Qarabağ ermənilərini normal psixoloji vəziyyətə gətirmək lazımdır ki, digər millətlərlə birlikdə yaşaya bilsinlər. Amma Mnasakanyanın psixoterapevt funksiyası uzun müddətli ola bilməz. Genetik yaddaşla bağlı Dağlıq Qarabağ ermənilərinə aid etdiklərimizin hamısını Ermənistan ermənilərinin də böyük bir qrupuna aid etmək olar.

Tənzimlənmə prosesi barədə ATƏT MQ həmsədrləri dolğun məlumat yaymaqla, müəyyən detalları açıqlamaqla Dağlıq Qarabağ ermənilərinin psixoloji vəziyyətini normallaşdırmaq -onlarda qorxu hissini azaltmaq, özünü yeni dünyada tanıma hissini yaratmaq olar. Dağlıq Qarabağ erməniləri başa düşərlər ki, onlara nə veriləcəksə Dağlıq Qarabağ erməniləri onun sahibi olacaqlar. Əllərində özgəyə məxsus olanları onlardan alacaqlar. Eynilə bu fikirlər Ermənistan ermənilərinə də aiddir.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması öz işini görür, “məxməri inqilab” da bunu dəyişdir bilmədi.

Paşinyan Qriqor Ayvazyanı Serj Sərkisyan məcrasinda aktivləşdirdi.

Ermənistanda Azərbaycandan qaçqın düşənlərin cəmiyyəti var. S.Sərkisyanın dövründə yaradılmış bu təşkilatın əsas məqsədi Azərbaycandan qovulduqlarını yada salmaqdır. Bu təşkilatın rəhbəri Q.Ayvazyanın cəmi bir dəfə mövqeyində əvvəlki vəziyyətə qayıdış hiss olunub. Digər bütün açıqlamalarında azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü siyasətinə xidmət edib; Əgər Azərbaycan bu qədər pisdirsə Q.Ayvazyan və Azərbaycandan köçürülmüş digər erməni qaçqınlar sevinməlidirlər ki, təhlükəsizlikdədirlər, firavan yaşayışları var. Yox əgər vəziyyətləri Bakıda olarkən yaxşı idisə, o zaman onların Azərbaycana qayıtmağı tələb etmək hüquqları var və nəzərə alınmalıdır ki, “Yenilənmiş Madrid Prinsipləri”nin VI maddəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ilkin yaşayış məskənlərini tərk edənlərin öz əvvəlki məskənlərinə qayıtmaq hüququ tanınıb.

Qriqor Ayvazyan üzün müddət idi  yaddan çıxmışdı. Çünki S.Sərkisyan hakimiyyəti devrilib və N.Paşinyan hökuməti isə hələki Dağlıq Qarabağ tənzimlənməsində imitasiyanın incəliklərini sonadək mənimsəməyib.

Görünür, ATƏT MQ həmsədrləri son danışıqlarda məcburi köçkünlər və qaçqınlar vəziyyətini aktuallaşdırıb; Hara mümkündürsə qaçqın və məcburi köçkünlərin qaytarılması məsələsi razılaşdırılır. Tutaq ki, Kəlbəcərdə Ermənistanın cəmi bircə yüngülcə hərbi hissəsi var, Laçında ümumiyyətlə demək olar ki, ciddi hərbi strukturlar yoxdur. Laçına və Kəlbəcərə azərbaycanlı məcburi köçkünlər qayıda bilər və onların orada təhlükəsizliyini təmin etmək də çox asanlıqla mümkündür. Eləcə də ermənilərin də hissə-hissə Azərbaycanın müxtəlif ərazilərinə qayıtması mümkündür.

Bu hal tənzimlənmənin praktiki başlanğıcı olduğu üçün N.Paşinyan Qriqor Ayvazyanı aktivləşdirdi. Maraqlısı da burasıdır ki, Bakıdan köçən ermənilər içərisində görünür, ən kütü olduğu üçün S.Sərkisyan o zaman bu adamı vəzifəyə təyin etdi. Çünki təxminən 10 ildir tutuquşu kimi  eyni fikirləri təkrarlayır. Fikirlərinin üstündə işləmək, yeniləşdirmək də istəmir. N.Paşinyanın indiki dövrdə Q.Ayvazyanı aktivləşdirməsi və ya S.Sərkisyanın kartından istifadə etməsi onun həm S.Sərkisyandan  məsləhət aldığını göstərir, həm də eyni zamanda hansı mövzunun aktual olduğunu ortalığa qoyur.

Qaçqın məsələsində Ermənistan üçün ən yaxşı mövqe həqiqəti deməkdir. Həqiqət odur ki, Qriqor Ayvazyan və onun mənsub olduğu qrupun böyük əksəriyyəti Azərbaycanın ərazisində malını, mülkünü rahatlıqla satıb Ermənistana getməsindən əvvəl 1987-ci ilin dekabrın 24-də sonuncu azərbaycanlı dəstəsi Ermənistan SSR-nin ərazisindən deportasiya olundu. Bu azərbaycanlılar Ermənistan SSR-nin vətəndaşları idi və bu günün özündə də onların sosial-iqtisadi problemlərinin həlli Azərbaycan dövlətinin üstündədir və siyasi problemlərdən başqa demək olar ki, bütün problemləri həll olunub. BMT bu məsələdən ötrü ən azı 3 dəfə Azərbaycana minnətdarlıq bildirib.

Azərbaycandakı ermənilər rəsmi Yerevanın hələ sovet dövründə əlində alət idilər. Azərbaycan dövlətçiliyinə qarşı separatçılığı qızışdırdılar və nəticədə də özləri əziyyət çəkdilər. Qəribədir ki, indi də Q.Ayvazyan rəsmi Yerevanın Azərbaycanda yaşamış ermənilərə qarşı “sadomozaxist” siyasətinin davamçısı olmaqdan ləzzət alır. Qriqor Ayvazyanın ağıllanması  qəliz məsələdir. Çox güman ki, N.Paşinyan onu vərdiş verdiyi yola qoya bildi.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net