Ombudsman əməkdaşları xəbər vermədən Bakı İstintaq Təcridxanasına baş çəkiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman əməkdaşları xəbər vermədən Bakı İstintaq Təcridxanasına baş çəkiblər

13:58 - 14 / 08 / 2020
Ombudsman əməkdaşları xəbər vermədən Bakı İstintaq Təcridxanasına baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

1news.az xəbər verir ki, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb.

Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif  Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.

İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib.

Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.

Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.

Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır.

Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmələr zamanı saxlama şəraiti  ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Qafar Ağayev

Paylaş:
663

Son xəbərlər

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11
Bütün xəbərlər