Ukrayna XİN: Ermənistanın ərazi bütövlüyümüzlə bağlı qərarından məyus olduq

Ukrayna BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salınmış nəzərət edilməyən ərazilərlə bağlı Ermənistanın əleyhinə səs verməsindən məyus olub.
Bu haqda 1news.az-a qurumun mətbuat xidmətinin göndərdiyi yazılı bəyanatda bildirilir:
“Erməni tərəfinə və diplomatik kanallara narahatlığımızla bağlı lazımi tədbirlər göndərilib”.
Qeyd edək ki, sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Ukraynanın ərazi bütövlüyü idi.
Bu bəndin qəbul edilməsi üçün səsvermədə 68 ölkə lehinə, 13 ölkə isə əleyinə səs verib. 48 ölkə isə səs verməyib.
BMT-nin dövlətlərin ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməyə əleyhinə səs verənlər arasında Ermənistanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, İran, Kuba, Venesuela, Burundi, Myanma, Nikaraqua, Filippin, Sudan və Suriya da var.
Ukraynanın Xarici İşlər Nazirliyində qeyd edilib ki, 2014-cü ildə Rusiyanın aqressiyasının başlanması ilə əlaqədar olaraq erməni tərəfinin beynəlxalq təşkilatlarda mövqeyi ilə yaxşı tanışdırlar. Buna görə də, Ukrayna-Ermənistanikitərəfli münasibətləri qeyri-aktiv şəkildə inkişaf edir:
“Beynəlxalq dərəcədə tanınmış sərhədlərininə söykənərək dövlətlərin suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı aydın və sərt mövqedəyik. Buna görə də, beynəlxalq təşkilatlar daxil olmaqla, bütün lazımi fürsətlərdən istifadə edərək öz hüquqlarımızı qoruyacağıq”.
#UNGA by overwhelming majority (68 vs. 13) supported #Ukraine's request to include in its agenda a new item “Situation in the temporarily occupied territories of Ukraine”.
We sincerely thank our partners for their solid support! pic.twitter.com/auDZ3sTSVF — UKR Mission to UN (@UKRinUN) September 21, 2018
Qeyd edək ki, 2017-ci ilin dekabrında “Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” ilə bağlı qətnamənin yenilənməsinin əleyhinə səs verənlər arasında Rusiya, Belorus və Qazaxıstanla yanaşı, 26-cı yerdə sıralanan Ermənistan da vardı. Qətnamə 70 ölkənin dəstəyilə qəbul edilib.
Həmçinin Ermənistan 2014-cü ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi qətnamənin əleyhinə səs verib. Sənəddə Ukraynanın ərazi bütövlüyünün tanınması və Rusiyanın Krımı zəbt etməsi qınanması əksini tapmışdı.
Həmçinin Ermənistan Gürcüstanın separatçı regionları – Abxaziya və Cənubi Osetiyaya qaçqın və məcburi köçkünlərin qayıtması hüququnu tanıyan qətnamələrin də əleyhinə səs verib. Bu cür qətnamələr Gürcüstanın təşəbbüsü ilə BMT Baş Assambleyasında səs verməyə qoyulur.
Tərcümə: S.Xankişiyeva
Ukrayna Səfirliyi Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO