“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - Şərtlər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - Şərtlər

16:35 - 23 / 11 / 2020
“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - Şərtlər

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr - 20 dekabr tarixlərini əhatə edən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, İntellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir:

I mərhələ: 23 noyabr-1 dekabr 2020-ci il. Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına ([email protected]) göndərilməsi;

II mərhələ: 1-15 dekabr 2020-ci il. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı;

III mərhələ: 15-20 dekabr 2020-ci il.  İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi.

Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook " səhifəsinə və +994 50  529 88 09 , +994 50  677 80 31 nömrələrinə müraciət edə bilərlər.

Qafar Ağayev

Paylaş:
616

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər