Naxçıvan Səhiyyə Nazirliyi jurnalistlər üçün mediatur təşkil edib - REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Naxçıvan Səhiyyə Nazirliyi jurnalistlər üçün mediatur təşkil edib - REPORTAJ

Qafar Ağayev10:06 - 22 / 11 / 2023
Naxçıvan Səhiyyə Nazirliyi jurnalistlər üçün mediatur təşkil edib - REPORTAJ

Noyabrın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi jurnalistlər üçün Naxçıvana mediatur təşkil edib.

1news.az-ın əməkdaşının da iştirak etdiyi media-tur çərçivəsində Naxçıvana 15 jurnalist səfər edib. Media turun əsas məqsədi jurnalistləri və ictimaiyyəti Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər və gələcək planlarla yaxından tanış etmək olub.

KİV nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar.
Sonra jurnalistlər Ordubad rayon Mərkəzi Xəstəxanası və Ordubad Ailə Sağlamlıq Mərkəzində olublar. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov media nümayəndələrini sözügedən tibb müəssisələrində yaradılan şərait, bu müəssisələrin təchiz olunduğu müasir avadanlıqlar və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb.


Samiq Sadıxov Ordubad rayon Mərkəzi Xəstəxanasında bu gün iki endoprotez əməliyyatının həyata keçiriləcəyini və bu əməliyyatların Ordubad rayon Mərkəzi Xəstəxanasında bir ilk olduğunu vurğulayıb.

Əməliyyatları həyata keçirəcək həkim, travmatoloq Elşən Paşayev jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb.

Ordubad rayon Mərkəzi Xəstəxanasında ilk endoprotez əməliyyatı icra olunacaq xəstə 2023-cü ilin antiterror əməliyyatlarında şəhid olan baş leytenant İbrahim Qasımovun atası Culfa rayon Ərəfsə kənd sakini 1962-ci il təvəllüdlü Malikəjdər Qasımovdur. Jurnalistlər ona da baş çəkib, şəfa diləyiblər.

Daha sonra xəstəxananın həyətində "Bir şəhid, bir çinar" aksiyası çərçivəsində şəhidlərin əziz xatirəsinə QR kodlu bağsalma aksiyası baş tutub. Ağacəkməyə Samiq Sadıxov və media turda iştirak edən jurnalistlər də qoşulub. Ordubad Rayon Mərkəzi Xəstəxanasının ərazisində rayonun 57 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri, həmçinin QR kodlar yerləşdirilib. Bu kodlar vasitəsi ilə hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Daha sonra media nümayəndələri Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Muxtar Respublika Xəstəxanasına baş çəkib, yaradılan şəraitlə yaxından tanış olub, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Naxçıvan Mərkəzi Xəstəxanasının önündə xatirə şəkli çəkilib.

Xəstəxanalar üzrə tur başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən icra edən Samiq Sadıxov mətbuat nümayəndələrini nazirlikdə qəbul edib. O, səhiyyə sahəsində tətbiq olunacaq innovativ həllər, 2024–cü ildə həyata keçiriləcək layihələr və planlar barədə ətraflı məlumat verib. Həmçinin son 6 ay ərzində səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər barədə iştirakçılara hesabat xarakterli təqdimat edib, görüşün sonunda suallar cavablandırılıb.

Səfərin yekununda jurnalistlər Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Onlar Naxçıvan duz mədəni bazasında yaradılan bu terapiya mərkəzinin astma, allergiya və bronxial xəstəliklərdən əziyyət çəkən şəxslər üçün möcüzəvi təsiri barədə məlumatlandırılıb. Jurnalistlər Mərkəzin beynəlxalq xidmət sertifikatı ilə təmin olunması istiqamətində aparılacaq yenidənqurma işləri və nəzərdə tutulan yeniliklər barədə maraqlanıb.

Həmçinin oxuyun:

Nazir: “Naxçıvan şəhərində 30 min insana xidmət edəcək Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək”

Son 7 ayda 30-a yaxın həkim könüllü olaraq Naxçıvan xəstəxanalarında fəaliyyətə başlayıb

Duzdağda yeni layihə həyata keçiriləcək - Samiq Sadıxov açıqladı

Paylaş:
1635

Sizin üçün xəbərlər

Son xəbərlər

“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar - FOTOBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21
Bütün xəbərlər