Son 7 ayda 30-a yaxın həkim könüllü olaraq Naxçıvan xəstəxanalarında fəaliyyətə başlayıb
"Son 7 ayda 30 yaxın həkim Naxçıvan xəstəxanalarında işə başlayıblar” .
1news.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasın Səhiyyə naziri Samiq Sadixov deyib.
“Hər yerdə olduğu kimi Naxçıvanda da həkim çatışmazlığı var. Biz bu çatışmazlığın aradan qaldırılması istiqamətində işlər görürük. Həkimləri cəlb etmək üçün stimullaşdırıcı addımlar atılır. Naxçıvanda işləmək istəyənlərə əlavə əməkhaqqı və digər stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Gələn 30 həkim dəvətlə, könüllü olaraq Naxçıvanda işləməyi seçiblər. Belə ki, Türkiyənin Acıbadəm xəstəxanasından, Azərbaycanın digər bölgələrindən peşəkar həkimlər könüllü olaraq Naxçıvanda fəaliyyət göstərmək üçün gəlib” .
Nazir qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasının xəstəxanalarında 400-ə yaxın həkim vakansiyası var.
“Bu vakansiyaların içində ən çox ehtiyac ailə həkimlərinədir” .