Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası

15:45 - 28 / 01 / 2020
Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası

Azərbaycan Beynəlxalq Bankında “Donor günü” aksiyası keçirilib. Azərbaycan Talassemiya Federasiyası ilə tərəfdaşlıq əsasında təşkil olunan aksiyada bankın Baş ofis və ayrı-ayrı filiallarının əməkdaşları qan veriblər.

Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqlarının tibbi dəstəyi ilə aparılıb.

Belə bir aksiyanın təşkilində məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə dəstək verməkdir. Toplanmış qan ehtiyatı bu uşaqların müalicəsinə yönələcək.

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı müxtəlif istiqamətlərdə ardıcıl korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Donor günü aksiyası da sosial layihələrimizdən biridir. Toplanan hər damla qan bir körpənin həyatda qalmasına yardım deməkdir. Belə donor günlərini gələcəkdə də kollektivimiz üçün nəcib bir ənənəyə çevirmək niyyətindəyik”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
597

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər