Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək

Qafar Ağayev18:00 - 26 / 04 / 2024
Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 23:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

1news.az “Azəriqaz” İstehsalat Birliyinə İstinadən xəbər verir ki, təmir- bərpa işləri aparılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, N.Yusifbəyli, A.Bakıxanov, N.Vəzirov, H.Sarabski, Mərdanov Qardaşları, H. Ələsgərov, A.Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər