Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

15:41 - 17 / 09 / 2019
Azərbaycanla Qazaxıstan  arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

1news.az-a XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qazaxıstan Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Amanjolova təmsil edirdi.

Məsləhətləşmələr zamanı Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması məsələsi müzakirə olunub və Katibliyin tezliklə fəaliyyətə başlaması məqsədilə Konvensiyanın tərəfləri arasında razılaşdırma prosedurunun sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Xəzəryanı dövlətlərin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri barədə fikir mübadiləsi aparılıb.

 Həmçinin, tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlər, o cümlədən Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsi ilə bağlı müzakirələr baş tutub.

Bundan başqa, iki ölkə arasında Xəzər dənizi hövzəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və bu xüsusda hazırda dənizin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi prosesi və gələcəkdə mümkün ola biləcək digər layihələr barədə söhbət aparılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər