“Azərişıq” son 5 ildə itkiləri 5%-dək azaldıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” son 5 ildə itkiləri 5%-dək azaldıb

10:31 - 24 / 09 / 2020
“Azərişıq” son 5 ildə itkiləri 5%-dək azaldıb

“2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılıb”.

Bu barədə  1news.az-a Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
V.Mustafayevin sözlərinə görə, 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8% azaldılmaqla 8,9%-dək azaldılması proqnozlaşdırılıb:
“Bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. 2020-ci ilin 8 ayında isə ümumilikdə 151 045 abonent yeni sayğacla təchiz edilmiş və bunun da 142 808-i əhali, 8 237-i isə qeyri-əhali abonentlərinə aiddir. 2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7%, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7% azalaraq 9,0%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub” - deyə Vaqif Mustafayev əlavə edib”.

“Azərişıq” sözçüsü qeyd edib ki, “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirilir:
"Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".

Qafar Ağayev

Paylaş:
479

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər