Bakı kəndləri yeni inkişaf dövrünü yaşayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı kəndləri yeni inkişaf dövrünü yaşayır – FOTO

16:37 - 25 / 09 / 2020
Bakı kəndləri yeni inkişaf dövrünü yaşayır – FOTO

Bakının dünyada ilk neft quyularının qazıldığı, tarixi abidələrlə zəngin Balaxanı qəsəbəsi indi yeni siması ilə diqqətləri cəlb edir. Vaxtilə ekoloji fəlakət zonası olan Balaxanı kəndi burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində fərqli görünüşə malik müasir qəsəbəyə çevrilib. Burada bütün işlər böyük məhəbbətlə və zövqlə görülüb. İnfrastruktur layihələri, kanalizasiya və elektrik xətlərinin, binaların, onların dam örtüklərinin, yolların, küçələrin təmiri insanların burada rahat, daha yaxşı yaşamasına, işlə təmin olunmasına, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir. Balaxanıda görülən işlər yerli sakinlərlə yanaşı, buraya gələn xarici qonaqların və turistlərin də zövqünü oxşayır.

Qəsəbədəki tarixi abidələrin təmiri və bərpası ölkəmizdə qədim ənənələrə, mədəniyyət və incəsənət nümunələrinin qorunub saxlanılmasına necə böyük qayğı ilə yanaşıldığını əyani şəkildə nümayiş etdirir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Balaxanıya gələrək burada görülən abadlıq işləri ilə tanış olublar, qəsəbə sakinləri ilə söhbət ediblər. Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına və birinci xanıma Balaxanıda həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə, yaradılan yeni iş yerlərinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Balaxanıda aparılan abadlıq işləri qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Bu da 16 min əhalinin yaşadığı təxminən 10 kvadratkilometr ərazi deməkdir.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov bildirib ki, qəsəbədə görülən işlər nəticəsində mərkəzi kanalizasiya sistemi və fərdi evlərə çəkilən xətlər (35 min poqonmetr) təzələnib, mərkəzi elektrik xətti yenilənib və fərdi evlər ona qoşulub (31 min poqonmetr), 60 min poqonmetr uzunluğunda yeni rabitə xətləri çəkilib. Bu kommunikasiya xətlərinin əksəriyyəti yerin altına salınıb.

Bildirilib ki, qəsəbənin küçələrinə 70 min kvadratmetr yeni asfalt örtüyü salınıb, binaların fasadları bərpa edilib (50 min kvadratmetr), dam örtükləri yenilənib (42 min kvadratmetr). Tarixi küçələrə 15 min kvadratmetr daş örtüyü döşənib. Qəsəbədə 100 mindən artıq ağac və bitki (o cümlədən nar, zeytun, Eldar şamı və üzüm) əkilib. Həmçinin sakinlərin işlə təmin olunması çərçivəsində 120 min Lavanda və Rozmarin bitkisi və 15 min gül kolunun əkilməsi həyata keçirilib.

Diqqətə çatdırılıb ki, qəsəbədə kanalizasiya, elektrik, asfalt və rabitə işlərinin 95 faizi tamamlanıb, dam örtüklərinin 80 faizi yenilənib, digər dekorativ və tamamlanma işlərinin 70 faizi həyata keçirilib. İşlərin tam yekunlaşdırılması cari ilin sonuna nəzərdə tutulub.

Görülən bu işlər əhalinin məşğulluğunun təmin edilməsinə də öz töhfəsini verib. Belə ki, Balaxanıda həyata keçirilən işlərə 1000 nəfər cəlb olunub ki, onlardan da 700-ü, yəni, 70 faizi yerli sakinlərdir. Eyni zamanda, qəsəbədə fəaliyyət göstərən ictimai iaşə obyektləri, kafelər, çayxanalar, papaqçılıq, rəssamlıq, xalçalılıq emalatxanaları da yerli sakinlərin işlə təminatında böyük rol oynayacaq.

Görülən işlər zamanı qəsəbənin tarixi görünüşü və memarlıq ənənələri qorunub saxlanılıb. Qəsəbədəki yeniliklər insanların estetik zövqünün formalaşmasına birbaşa təsir göstərir. Aparılan abadlıq işləri nəticəsində Balaxanı artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Bu, qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək.

Əminliklə vurğulamaq olar ki, qəsəbədəki tarixi abidələr, sənətkarlıq və rəssamlıq nümunələri, tarixlə müasirliyin vəhdəti turistlərin diqqətini daha çox cəlb edəcək.

Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybətdir. Balaxanı kimi, Bibiheybət də dünyanın ən qədim neft mərkəzidir. Hazırda Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. İlk növbədə, Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb. Orada Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun maketi hazırlanıb. Hazırda qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb, yalnız bir küçə qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb.

Bundan əlavə, Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb. Novxanı və Ramanada işlər artıq altı aydır davam edir və yaxın 6-7 ayda orada da yeniliklər görmək mümkün olacaq. Beləliklə, Bakıətrafı qəsəbələr yeni görkəm alacaq, maraqlı turizm məkanlarına çevriləcək.

1news.az

Paylaş:
1270

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər