Bakının tıxac PROBLEMİ – Qarşısını almaq üçün hansı addımlar atılmalıdır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının tıxac PROBLEMİ – Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

16:10 - 16 / 09 / 2020
Bakının tıxac PROBLEMİ – Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Karantin rejimin yumşaldılması ilə Bakıda tıxaclar müşahidə olunmağa başlanıb.

Paytaxt küçələrində tıxacların digər səbəbi məktəblərin açılmasıdır. Belə ki,  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayıb. Məktəblərin açılması xüsusilə Bakı şəhərində tıxacların yaranmasına səbəb olur. Ötən gün ilk dərs günündə məktəblərin açılmasının nəqliyyatın hərəkətinə necə təsir etdiyini gördük. Əlbəttə, dünyanın bütün böyük şəhərlərində olduğu kimi Bakıda da tıxacların olması gözləniləndir. Bu günə qədər Bakıda tıxacların qarşısını almaq üçün bir çox addımlar atılıb.

Bəs görəsən atılan addımların hansısa təsirləri olubmu? Ümumiyyətlə tıxacların qarşısını almaq üçün hansı addımlar atılmaldır?

Məssələ ilə bağlı 1news.az-a danışan yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, tıxacın aradan qaldırılması üçün kompleks işlər görülməlidir.

“İlk növbədə ictimai nəqliyyat inkişaf etdirilməlidir, tıxac probleminin həlli ilə bağlı bütün açarlar oradadı. Elə edilməlidir ki, əhalinin böyük əksəriyyəti öz mobillik ehtiyaclarını ictimai nəqliyyatın hesabına ödəsin. Ona görə də hər yerdə, hamı üçün əlçatan, səmərəli, rahat, təhlükəsiz, mədəni, yəni yüksək keyfiyyətli xidməti olan ictimai nəqliyat  olmalıdır. İctimai nəqliyyat problemi olmadan heç kim tıxacın qarşısını ala bilməz”.

"Velosiped nəqliyyat vasiyəsi kimi"

Ekspert bildirib ki, növbəti mərhələdə velosipedi real nəqliyyata çevirmək lazımdı.

“Velosiped yalnız əyləncə üçün deyil, eyni zamanda işə gedib-gəlmək üçün nəqliyyat vasitə kimi də istifadə edilməlidir. Bundan başqa çox ciddi məskunlaşma problemi var. Şəhərin bəzi yerlərində binalar tikilir, bəzi yerlər beton cəngəlliyə çevrilir, heç bir yol infrastrukturu nəzərə alınmır, parklanma yerləri yoxdu. Təkcə yaşayış binaları deyil, iaişə obyekləri də var. Həmin insanlar tıxac yaranmasına səbəb olurlar. Bu istiqamətlərdə işlər görmək lazımdı. Amma ən başlıcası ictimai nəqliyyatdır. Son dövrlərdə pandemiya ilə əlaqədar ictimai nəqliyyatın populyarlığı biraz da aşağı düşdü. Camaat ictimai nəqliyyatdakı riskdən qorxur deyə, baxmayaraq ki, məktəblər tam fəaliyyət göstərmir, bəzi məhdudiyyətlər var, amma yenə də tıxaclar yaranır”.

Ə.Hüseynovun sözlərinə görə, tikinti, məskunlaşma məsələlərindəki problemlər aradan qaldırılmalıdır.

“Yoxsa nə “Sarı tor”, nə körpü tıxacın qarşısını ala bilməz. Bütün işlər sistemli şəkildə həyata keçirilməlidir. Bu gün ictimai nəqliyyat üçün ayrıca yol yaradılsa belə, bunun elə də faydası olmayacaq. Bütün bu işlər bir-birinə bağlı olaraq inkişaf edilməlidir, marşrutların sayı artırılmalıdır, normalar üzrə tam əlçatımlılıq təmin olunmalıdır,xidmət keyfiyyəti yüksəldilməlidir, insanlar ictimai nəqliyyata etibat etməlidir. Bütün bunlarla bərabər, ayrıca zolaqlara da ciddi ehtiyac var. İmkan daxilində ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır”.

Qafar Ağayev

Paylaş:
1059

Son xəbərlər

Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02
Bütün xəbərlər