Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan bildirilib.
"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılıb", - məlumatda deyilir.
***
14:30
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Nəsib Quliyev əvvəllər K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı vəzifəsində çalışıb.