Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar? | 1news.az | Xəbərlər
Dünya

Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar?

16:56 - 14 / 11 / 2019
Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar?

Bugün dünya əhalisinin 50%-dən çoxu internetdən istifadə edir və əhalinin 96%-i mobil rabitənin əhatə zonasında yaşayır.

1news.az Milli.az-a istinadən xəbər verir ki, BMT-nin rəqəmli inkişaf haqqında yeni araşdırmasına görə, dünyada heç də hamı internetin üstünlüklərindən istifadə edə bilmir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son məlumatına görə, indi dünyada kişilərin 58%-i və qadınların 48%-i internetdən istifadə edir. Mobil rabitədə də oxşar vəziyyətdir. Ancaq məlumatları təqdim etmiş 84 ölkədən 24-də mobil rabitədən istifadə edən qadın və kişilərin nisbəti bərabərdir, bəzi ölkələrdə isə qadınların sayı üstünlük təşkil edir. Çilidə mobil rabitədən istifadə edən qadınların sayı kişilərə nisbətən 12% çoxdur.

Ümumilikdə hazırda dünya əhalisinin 96%-i səyyar mobil rabitə siqnalının, 93%-i isə "3G" və ya sonrakı nəsil şəbəkələrinin əhatə zonasında yaşayır. Şimali və Cənubi Amerika, Asiya-Sakit okean regionu və Avropada sonuncu göstərici 95%-dən yuxarı, Ərəb ölkələrində 91%, MDB-də 88% və Afrikada 79% təşkil edir.

Hesabat müəlliflərinin məlumatına görə, indi dünya əhalisinin 50%-dən çoxu (4,1 milyard) internetdən istifadə edir. 3,6 milyard nəfər "Ümumdünya Hörümçək Toru"na qoşulmayıb. Onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Belə ölkələrdə 10 nəfərdən 2-si internet istifadə etmək imkanına malikdir.

Rəqəmli dünyaya qoşulmağa mane olan əsas problem internet və mobil rabitənin baha olmasıdır. Bundan başqa, yoxsul ölkələrin sakinləri rəqəmli texnologiyalarla işləmək bacarığına malik deyil. Məsələn, 84 ölkədən 40-da əhalinin yarıdan az bir hissəsi elementar kompüter bacarıqlarına malikdir: məsələn, onlar fayl köçürməyi və ya elektron poçtla məktub göndərməyi bilmirlər.

Hesabat müəllifləri bu və digər ölkələrin hökumətlərini əhalinin rəqəmli savadının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməyə səsləyiblər.

BTİ-nin qiymətləndirməsinə görə, 2019-cu ilin sonuna dünyada ev təsərrüfatlarının 57%-i öz internetinə çıxışa malik olacaq. Eyni zamanda 2018-dən 2019-cu ilədək hər bir ailədə kompüterlərin sayı 1% artacaq. Bunun sadə izahı var: bir çox ölkələrdə internetə qoşulmaq üçün insanlara artıq kompüter lazım deyil, bunun üçün smartfon kifayətdir.

1news.az

Paylaş:
501

Son xəbərlər

Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45
Bütün xəbərlər