ABŞ Ukraynanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə 100 milyon dollardan çox vəsait ayırıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ Ukraynanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə 100 milyon dollardan çox vəsait ayırıb

09:21 - 12 / 04 / 2024
ABŞ Ukraynanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə 100 milyon dollardan çox vəsait ayırıb

Ukrayna və ABŞ arasında Kiyevə hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün 138 milyon dollar veriləcəyi barədə müqavilə imzalanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.

"Bu gün biz Ukraynaya hava hücumundan müdafiə sisteminin kritik modernləşdirilməsi üçün 138 milyon dollar ayırmaq barədə saziş imzaladıq", - deyə səfir söyləyib.

Diplomatın sözlərinə görə, bu vəsait Ukraynaya ölkənin enerji sisteminə hücumlar fonunda hava hücumundan müdafiə sistemlərinin funksionallığını saxlamağa kömək edəcək.

Paylaş:
1149

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər