ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaq | 1news.az | Xəbərlər
Dünya

ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaq

Qafar Ağayev09:21 - 25 / 04 / 2024
ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaq

Bu gün ABŞ və Niger nümayəndələri arasında Niameydə görüş keçiriləcək.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.

Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.

Paylaş:
1243

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər