Ermənilər Dağlıq Qarabağa muzdlu döyüşçülər cəlb edir – VİDEOFAKT | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Dağlıq Qarabağa muzdlu döyüşçülər cəlb edir – VİDEOFAKT

22:46 - 30 / 09 / 2020
Ermənilər Dağlıq Qarabağa muzdlu döyüşçülər cəlb edir – VİDEOFAKT

Politoloq Fərhad Məmmədov Facebook profilində erməni Telegram-kanallarından birinin Ermənistan ordusunun yeni formasında Yaxın Şərqdən olan döyüşçünün çağırışını əvvəlcə dərc etdiyini və sonra dərhal sildiyi barədə məlumat yayımlayıb.

Lakin F.Məmmədov bu statusun ekran görüntüsünü çəkməyi bacarıb və statusun altında belə yazılıb: “Livandan olan millətçi ASALA qrupundan könüllü əsgər kömək üçün Yerevana erməni diasporunun nümayəndələrinin göndərildiyini söyləyir”.

 

Videoda (orijinal mənbədən dərhal silinmiş) terrorçu Qarabağda döyüşdüyünü iddia edir” – deyə F.Məmmədov yazır.

F.Məmmədovun 1news.az-a verdiyi şərhdə qeyd etdiyi kimi, erməni Telegram-kanalının bu nəşri PKK terrorçularının, Suriya və Livandan olan erməni qruplaşmaların Qarabağa köçürülmələrini bir daha sübut edir:

“Ermənilər Qarabağa bir neçə terror qruplaşması cəlb edirlər. PKK, Suriya müharibəsi zamanı yaradılan Suriyanın erməni silahlı birləşmələri və Livandan gələn ermənilər.

Suriyadakı cihadçı hərəkatı da bura çəkərdim, çünki İŞİD bütün ölkələrdən öz ardıcıllarını “boz zonaya” cəlb etdi. Eyni şəkildə, ermənilər indi bütün erməni terrorçularını və PKK-nı Dağlıq Qarabağa (bu da "boz zona"dır) toplayırlar”.

Fotoda: politoloq Fərhad Məmmədov

Erməni Telegram kanalının əvvəlcə bu yazını paylaşmasının, sonra dərhal “pozmasının” səbəblərinə gəldikdə, məntiq sadədir: bir tərəfdən bir növ müraciət edərək diasporun ruhunu yüksəltmək istəyirlər, digər tərəfdən öz muzdlularını ələ vermək istəmirlər. Bundan əvvəl Rusiya Erməniləri Birliyinin lideri Ara Abramyan Rusiyadan olan on minlərlə etnik erməninin Dağlıq Qarabağdakı döyüşlərdə könüllü iştirak etməyə hazır olduqlarını bildirmişdi. Oxşar bəyanatlar Samtsxe-Cavahetidən (Gürcüstan) də gəlmişdi”.

Elə bu axşam Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat Departamentinin xarici muzdluların Dağlıq Qarabağ münaqişəsi zonasına köçürülməsinə dair şərhi dərc edildi.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında “döyüşlərdə birbaşa iştirak etmək üçün qanunsuz silahlı birləşmələrin, xüsusən də Suriyadan, Liviyadan olan silahlıların Dağlıq Qarabağ münaqişəsi zonasına köçürüldüyü” qeyd olunur.

“Münaqişə zonasında gərginliyin daha da artmasına gətirib çıxaracaq, eyni zamanda bölgədəki bütün ölkələrin təhlükəsizliyinə uzunmüddətli təhdidlər yaradacaq bu proseslər bizi çox narahat edir.

Müvafiq dövlətlərin rəhbərliyini xarici terrorçuların və muzdluların münaqişədə istifadə edilməməsinin və onların bölgədən dərhal çəkilməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırırıq” – deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edir.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistanın Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Yaxın Şərqdən silahlıları cəlb etdiyini bildirmişdi. Gördüyünüz kimi, bu nəşrlər öz təsdiqini tapdı.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4695

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər