“Ermənilər təkcə Azərbaycana yox, eyni zamanda İslam dəyərlərinə müharibə elan ediblər” – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

“Ermənilər təkcə Azərbaycana yox, eyni zamanda İslam dəyərlərinə müharibə elan ediblər” – FOTO

14:06 - 09 / 09 / 2020
“Ermənilər təkcə Azərbaycana yox, eyni zamanda İslam dəyərlərinə müharibə elan ediblər” – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini qəbul zamanı Ermənistan-Azərbaycan münaqişəsi haqqında da məsələlərə toxunub.

Dövlət başçısı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələri məhv etməsində danışaraq bildirib ki, dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar var. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.

“Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır” – deyə, Prezident çıxışında bildirib.

Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən Azərbaycanın  rəsmən tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən hərbi təcavüz yolu ilə işğal edilib. Ermənistan hərbi birləşmələri işğal altında olan torpaqlarımızda milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıblar.

Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyil.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev İranın Azərbaycandakı yeni səfirini qəbul edərkən bir neçə istiqamətdə fikirlərini bildirdi.

“Birinci məqam ondan ibarət idi ki, Azərbaycan hər zaman İslam ölkələri ilə əməkdaşlığa önəm verib. 2017-ci ildə ölkəmidə İslam Həmrəyliyi ili elan olundu, eyni zamanda Azərbayanda İslam Həmrəyliyi Oyunları keçirildi. Bu kontekstdə ölkəmiz İslam ölkələri ilə sıx əməkdaşlıq edir, eyni münasibəti də müsəlman ölkələrindən Azərbaycana qarşı gözləyir. Bu gün Ermənistan bizim işğal olunmuş ərazilərimizdə bütün dini, tarixi abidələrmizi dağıdıb. Orada bir neçə istiqamətdə iş gedib, məscidlərin, ziyarətgahların, dini ibarət yerlərinin böyük əksəriyyətini dağıdıb, eyni zamanda Alban abidələrinin də bir hissəsini dağıdıb. Nəinki İslama qarşı, xristian abidələrinə qarşı da bu münasibət var. Abidələrimizin bir hissəsini isə özününküləşdirib, saxtalaşdırıblar”.

Deputat bildirib ki, Ermənistan işğal altında olan ərazilərimizdə olan məscidləri davamlı olaraq təhqir edirlər:

“Bəzən məscidlərimizdə heyvan saxlayırlar, bu da İslam dəyərlərinə hörmətsizlikdi. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün Ermənistan bir sıra müsəlman ölkələri ilə əməkdaşlıq qurmağa çalışır və özünü müsəlmanların dostu kimi təqdim etməyə çalışır. Bu məqsədlə Ermənistanın müxtəlif qurumlarının rəhbəri ayrı-ayrı müsəlman ölkələrinə, ərəb ölkələrinə səfərlər edirlər, Ermənistana investisiya cəlb etmək, turizmi inkişaf etdirmək istəyirlər. Cənab Prezident bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoydu, əvvəl də fikrini demişdi ki, məscidləri dağıdan ölkədən, insanlar heç vaxt müsəlmanların dostu ola bilməz. Yəni, əgər Ermənistan özünü müsəlmanların dostu kimi təqdim etmək istəyirsə, müsəlman dəyərlərinə hörmət etməlidir”.

“Cənab Prezident ayrı-ayrı ölkələrin səfirləri ilə görüşdə Azərbaycanın istəkləri və Azərbaycanın görmək istədiklərini açıq şəkildə bildirir” – deyə, C.Məmmədov fikirlərinə əlavə edib:

“Bu gün Azərbaycan hücum diplomatiyasını həyata keçirir, öz müstəqil mövqeyini vacib hallarda bildirir. Prezidentimiz Yunanıstanın səfirini qəbul edən zaman Türkiyə ilə bağlı məsələni və İranın səfiri ilə görüşdə də İranla bağlı məsələləri açıq şəkildə bildirdi. Bizim də gözləntilərimiz ondan ibarətdir ki, Ermənistana qarşı müəyyən bir mövqe olsun, təzyiq olsun. Yəni Ermənistana təzyiqlər olmadıqca, Ermənistan sərt mövqe görmədikcə davamlı olaraq beynəlxalq hüququ pozur.  Ermənistan bizim 13 dünya əhəmiyyətli abidəmizi məhv edib. 100 illərlə tarixi olan Şuşa məscidində, Ağdam məscidində və digər yerlərdə məscidlərimizi məhv ediblər. Bu baxımdan da biz müsəlman ölkələrindən gözləyirik ki, Ermənistanla əməkdaşlıqda bu məsələlər nəzərə alınsın.

Digər bir məqam isə, Ermənistana qarşı təzyiqlər artmalıdır. Biz Ermənistanın abidələrimizi vəhşicəsinə məhv etməsini, təhqir etməsini daha çox ifşa edərək beynəlxalq qurumların, təşkilatların nəzərinə çatdırmalıyıq. Bu istiqamətdə təbliğatımızı gücləndirməliyik, ermənilərin iç üzü açılsın. Bilinməlidir ki, ermənilər təkcə Azərbaycana yox, eyni zamanda İslam dəyərlərinə, İslam mədəniyyətinə, tarixinə müharibə elan ediblər. Nəinki İslamın, eyni zamanda xristanlığa qarşı da müharibə elan ediblər”.

Ermənistanın və Azərbaycanın dini abidələrə, tarixə münasibətlərini müqayisə edən deputat bildirib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri təhqir edirlər, amma Azərbaycanın paytaxtında erməni kilsəsi dövlət tərəfindən himayə olunur:

“Həmin erməni kilsəsində 5000-ə yaxın erməni dilində ədəbiyyat saxlanılır. Bu Azərbaycanın dinlərə qarşı, milli-mənəvi dəyərlərə qarşı münasibəti, digər tərəfdə isə Ermənistanın bizim mədəniyyətə, İslam dəyərlərinə münasibəti. Bu müqayisədən artıq görünür ki, Ermənistan hansı siyasəti həyata keçirir. Ermənistan təkcə Dağlıq Qarabağda yox, Azərbaycanın əzəli torpaqları olan İrəvan və Zəngəzurda da bizim yüzlərlə məscidimizi, qəbiristanlığımızı, dini abidələrimizi dağıdıblar”.

Qafar Ağayev

Paylaş:
2149

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər