Nazir bu haqda ilk dəfə danışdı: ... qara qutu” pilotun səsini yazmır - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Nazir bu haqda ilk dəfə danışdı: ... qara qutu” pilotun səsini yazmır - VİDEO

12:44 - 16 / 09 / 2019
Nazir bu haqda ilk dəfə danışdı: ... qara qutu” pilotun səsini yazmır - VİDEO

Rəşad Atakişiyev yüksək hazırlıqlı pilot idi.

1news.az xəbər verir ki, bu sözləri müdafiə naziri Zakir Həsənov REAL TV-ə müsahibəsində Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin dənizə düşməsi və həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevlə bağlı danışarkən deyib.

Nazir bildirib ki, hadisə ilə bağlı yaradılmış komissiyanın hazırladığı sənədə əsasən təyyarə tam işlək vəziyyətdə olub:

“Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunmuşdu. Atakişiyev yüksək hazırlıqlı pilotumuz idi. İkinci məsələ, o, gecə təlimlərində də yüksək peşəkarlıqla iştirak edib. Komissiya birmənalı şəkildə məni maraqlandıran suallara cavab verib. Qara qutuya uçuş vaxtı, təyyarə suya daxil olana kimi avadanlığın işləməsi düzgün və ya qeyri-düzgün yazılır. Yazırlar ki, pilotun səsini dinləmək lazımdır. Ancaq bilmirlər ki, “qara qutu” pilotun səsini yazmır.

Birinci suala cavab aldım ki, təyyarə tam işlək olub və son məqama kimi mühərriyi və digər avadanlıqları ştat rejimində işləyib. İkinci məsələ ondan ibarətdir ki, əgər toqquşma olsaydı, bu, dərhal “qara qutu”da özünü göstərəcəkdi. Ölkə ərazisində olan bütün radarlar da bizim radarlarla üst-üstə düşdü. Sizə deyim ki, pilotun son məqamda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu göstərir ki, pilot göydə ehtimal olunan zərbə alıb. Hətta burada biz gecə vaxtı quşların hansı səviyyədə uçması ilə bağlı mütəxəssislərə müraciət etdik, təsdiq etdilər, həkimlər də öz rəyini verdi. Ümumiləşdirsək, bu, böyük bir sənəddir. İstintaq hələ də davam edir. 

Əgər mətbuata baxsaq, ondan bir neçə gün sonra Amerikada, daha sonra Hindistanda, Pakistanda, bu yaxınlarda isə Rusiyada müasir təyyarələr düşüb. Əgər bizdə təyyarədə hansısa texniki qüsur olsa, deyərdik. Müasirdə olursa, bizdə niyə olmasın. Pilotun səhvi olsa, bunu da deyərdik. Təəssüf ki, bu, ordularda olan hadisələrdir”. 

Nazir təyyarələrin köhnə olması ilə bağlı səsləndirilən ittihamlara da aydınlıq gətirib:

“Deyirlər ki, təyyarələrimiz köhnədir. Biz hamısını yoxlamışıq. Bəli, 1980-ci illlərdə istehsala verilib, ancaq NATO dövlətlərində F16 uçur, onlar da həmin illərin təyyarələridir. 

1960-70-ci illərdə həmin ərazidə Sovet donanmasının anbarı var idi. Bu anbarı təmizləmək və sonradan əsgəri məzarlıq yaratmaq istədik. Yazdıqları kimi bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur.

Yaxınlarının müraciəti ilə pilotu İkinci Fəxri Xiyabanda dəfn etdik. Bu, dünya təcrübəsində var”.

1news.az  

 

Paylaş:
449

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər