“Rolls-Royce Motors Baku” satış-sərgi salonunda Rolls-Royce Phantom Tranquillity avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rolls-Royce Motors Baku” satış-sərgi salonunda Rolls-Royce Phantom Tranquillity avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

11:00 - 12 / 09 / 2019
“Rolls-Royce Motors Baku” satış-sərgi salonunda Rolls-Royce Phantom Tranquillity avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib – FOTO

Sentyabrın 11-də “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Baku” salonunda  yeni Rolls-Royce Phantom Tranquillity modelini təqdim etdi.

Phantom Tranquillity - dəbdəbə dünyasında ən əlçatmaz və ən çox arzuolunan modeldir. Tranquillity kolleksiyası bütün dünyada sadəcə 25 avtomobillə məhdudlaşır, həm standart, həm də uzun geniş təkər bazası ilə təqdim olunur.

“Phantom” modeli “Rolls-Royce” şirkətinin əsas flaqmanıdır " – “Improtex Motors” şirkətinin Baş Direktoru Bayram Yaqubov qeyd etdi. “Biz fəxr edirik ki, bu unikal xüsusi hazırlanmış Phantom tezliklə qitəmizdə Azərbaycan yollarında ilk olacaqdır.”

“Rolls-Royce Phantom Tranquillity qəbul olunan məhdudiyyətlərdən kənara çıxan şəxslər üçündür”, deyə Rolls-Royce Motor Cars-ın Regional direktoru Culian Cenkins, Bakıda təqdimat mərasimində şərh etdi. Və davam etdirdi:  “Hər bir kəsin bu avtomobildə əldə edəcəyi eyforik sakitliyi qeyd etmək üçün bu cür ad qoyulmuş və yaradılmış bu unikal Phantom Yer sərhədlərindən kənarda olan hisslər bəxş edir”.

Phantom Tranquillity “Qalereya” motivi İngilis “Skylark” raketlərinin inkişaf etmiş texnologiyasından ilhamlanır. Kompozisiya yüksək əks olunan paslanmayan poladdan, 24-karatlıq qızıldan və kosmik keyfiyyətə malik alüminiumdan hazırlanıb. Rolls-Royce üçün ilk dəfə olaraq Səs tənzimləyicisində meteoritdən istifadə edilib; o, əlavə olaraq qızıldan hazırlanmış tutacaqla gücləndirilib ki, bu tutacaq kolleksiya qalereyasındakı qızıl örtüyə uyğundur və Roll-Royce-a xas xüsusiyyət təşkil edir. 1906-cı ildə Kirunada (İsveç) Yer üzünə düşmüş Muonionalusta meteoritinin bu cür istifadəsi onun aşkar edildiyi yerin və tarixin ətraflı şəkildə oyularaq yazılması ilə tamamlanır.

Ayın işıqlı və qaranlıq tərəflərinə əsaslanaraq yaradılmış əsasən “Arctic White” dərisinin və ikinci növbədə “Selby Grey” dərisinin daxili rəng qamması unikal şpon ahəngini özündə birləşdirir. Hər iki seçimdə ön panel və mərkəzi konsol qara parlaq paslanmayan poladdan düzəldilib, eyni zamanda yuxarı cib yeşiyində və qapının dirsəkaltılarında mat materialla tamamlanıb.

Həm qara, həm də ağ seçimdə 1977-ci ildə buraxılmış NASA-nın əfsanəvi “Voyager” kosmik aparatına həsr olunmuş Bespoke Audio Speaker Yapmaları qızıldan hazırlanıb və bütün avtomobildə mövcud olan əlavə qızıl elementlərini tamamlayır. Bu unikal element ideyası kosmosda qarşısına çıxa biləcək istənilən şüurlu canlılar üçün Yer üzündəki həyat və mədəniyyət müxtəlifliyinin göstərildiyi səslər və şəkillərin yer aldığı iki qızıl məlumat lövhələri ilə təchiz olunub.

Geniş təkər bazalı seçimdə qapı panelindəki unikal naxış detalı dəqiqliklə “Qalereya” kolleksiyasındakı zərif, əl ilə hazırlanan detal üçün işləmə nümunəsinə uyğundur. Titandan naxışlarla sarı qızıldan hazırlanan “Technical” saat kosmik motivini tamamlayır.

“Rolls-Royce Motor Cars Baku”nun satış-sərgi salonunda keçirilən təqdimat zamanı: "Bu avtomobili dizayn edərkən əsas məqsəd rahat və sakit mühitin duyğularını doğurmaq idi" dedi Rolls-Royce-nin baş dizayneri Metyu Danton. O vurğuladı ki: “Fərqlilik, liderlik və həqiqi ifadə Bespoke sifariş proqramının təməlidir. Avtomobil zövqünüzün və şəxsi üslubunuzun əsas elementi hesab olunur, buna görə xüsusi sifariş olmağı təbiidir."

Qeyd edək ki, 2019-cu ilin əvvəlində “Rolls-Royce Motor Cars Baku”, dünyada 130 Rolls-Royce dilerini qabaqlayaraq 2018-ci ilin görkəmli satış nəticələrinə görə nüfuzlu “İlin dileri” mükafatına layiq görülmüşdür.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

Reklam hüququnda

Paylaş:
1048

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər