Samsung mikrodalğalı sobaları ilə sağlam qidalanmaqdan zövq alın | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung mikrodalğalı sobaları ilə sağlam qidalanmaqdan zövq alın

13:19 - 30 / 11 / 2019
Samsung mikrodalğalı sobaları ilə sağlam qidalanmaqdan zövq alın

Müasir mikrodalğalı sobaların işləmə prinsipi olduqca sadədir: işə düşdükdən sonra magnetron soba daxilində bərabər şəkildə paylaşdırılan və tədricən qida içərisindəki su molekullarını hərəkətə gətirən mikrodalğalar yayır. Nəticədə, su molekulları qidanın qızdırılması üçün lazımi miqdarda enerjini təmin edən titrəmə hərəkətləri icra etməyə başlayırlar.

Yeni nəsil Samsung mikrodalğalı sobalarının dizaynına yalnız mikrodalğa paylayıcısı deyil, həm də ayrıca istilik elementi rolunu oynayan qril daxildir.

Burada məcməyinin fırlanması məhsulların bərabər şəkildə qızarmasını təmin edir. Beləliklə, onun köməyi ilə bir damla belə yağ istifadə etmədən xırtıldayan və tam qızarmış yeməklər əldə edirsiniz. Sözü gedən bu sobalarda hazırlanmış ət və toyuq məmulatları bütün faydalı xüsusiyyətlərini qoruyaraq dadlı və ətirli olur.
Yağlı qidalardan istifadə etməyərək, sağlam həyat tərzinə riayət edirsinizsə, bu halda Samsung mikrodalğalı sobaları sizin üçün yaradılıb. Belə ki, qeyd edilən sobalarla həm faydalı, həm də ləzzətli nemətlərdən dada bilərsiniz. Qeyd edilən sobaların qril funksiyasından istifadə etmək çox sadədir, buna misal olaraq  daha yaxşı nəticə əldə etmək üçün qrili istifadə etməzdən əvvəl təxminən 5 dəqiqə ərzində sobanı isidin, belə olduğu halda yeməklər daha sürətli hazırlanacaq və qızardılacaq. Qril funksiyası ilə təchiz olunmuş Samsung mikrodalğalı sobaları ilə siz özünüzü sadəcə ət yeməkləri ilə deyil, isti sendviç və çörək tostları kimi ləzzətli səhər yeməkləri və qəlyanaltılarla da sevindirə bilərsiniz.

Sözü gedən mikrodalğalı sobanın nəinki, istifadəsi, həm də təmizliyi olduqca asandır. Samsung-un təqdim etdiyi mikrodalğalı sobanın kamerası bio-keramika ilə örtülmüşdür. Bu örtük olduqca davamlıdır, bu səbəbdən qeyd edilən səthin cızılması mümkünsüz, kirlənməsi isə olduqca çətindir.

Soba təmizliyini adi süngər ilə  də təmin etmək olur. Kameranın parlaqlığı və rəngi isə hətta uzun müddətli istifadədən sonra belə dəyişməz olaraq qalır. Qeyd edilən material paslanmayan poladdan bir neçə dəfə güclü olsa da, hamar və qüsursuz təəssürat bağışlayır. Həmçinin, belə bir örtük aşağı istilik keçiriciliyinə malikdir və bu da yemək hazırlanmasınının və qızdırılmasının müddətini azaldaraq, enerji xərclərinə qənaət etməyə imkan yaradır. Qoruyucu elvan örtük isə yüksək temperaturda mikrobların və bakteriyaların yaranmasının qarşısını alır.

Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

Paylaş:
927

Son xəbərlər

Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07
Bütün xəbərlər