Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb

15:44 - 23 / 04 / 2024
Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb

Bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Xatırladaq ki, bu il Qarabağ və Şərqi Zəngəzura büdcədə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub. Yanvar-mart aylarında bunun 31,9 %-i xərclənib.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər