Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər

22:34 - 29 / 11 / 2017
Azərbaycanla Xorvatiya arasında birbaşa aviareyslər açıla bilər

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Xorvatiyanın baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, 2013-cü ildə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalandığını vurğulayıb.

Bildirilib ki, ötən gün Bakıda Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətlidir: “Ölkələrimiz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq edir. Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür”.

Azərbaycanda sənaye parklarının, o cümlədən gəmiqayırma üzrə ixtisaslaşmış Qaradağ Sənaye Parkının fəaliyyət göstərdiyini qeyd edən iqtisadiyyat naziri ölkələrimizin gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalı üzrə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb. Ş. Mustafayev Xorvatiya şirkətləri üçün ölkəmizin sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda ölkəmizdə əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb.

Bundan başqa, Xorvatiya Azərbaycanın tranzit potensialından istifadə edə, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər.

M. Daliç Azərbaycana səfərindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. M. Daliç vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına Birgə Komissiya da öz töhfəsini verəcək. O, Xorvatiya ölkələrimiz arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb.

1news.az

Paylaş:
851

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər