Azərbaycan kubokunda 1/4 finalın cütlükləri | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kubokunda 1/4 finalın cütlükləri

22:58 - 29 / 11 / 2017
Azərbaycan kubokunda 1/4 finalın cütlükləri

Azərbaycan kubokunun 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

1news.az xəbər verir ki, Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə” 1/4 final mərhələsində üz-üzə gələcək. 1/8 final mərhələsində “Mil-Muğan”ı darmadağın edən (8:0) “Qəbələ” isə “Səbail”lə qarşılaşacaq.

Kubokun son qalbi “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Mərhələnin ən maraqlı qarşılaşması isə “Zirə” ilə “Neftçi” arasında keçiriləcək.

Azərbaycan kuboku

1/4 final

“Qəbələ” – “Səbail”

“Keşlə” – “Kəpəz”

“Qarabağ” – “Sumqayıt”

“Zirə” – “Neftçi”

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları dekabrın 10-11-də, cavab görüşləri ayın 14-15-də keçiriləcək.

1news.az

Paylaş:
650

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər