Gəncədə avtomobil piyadaları vurub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə avtomobil piyadaları vurub, ölən var

09:32 - 30 / 11 / 2017
Gəncədə avtomobil piyadaları vurub, ölən var

Gəncədə iki piyadanı avtomobil vurub.

1news.az  APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı piyadalardan biri şəhər sakini, 1994-cü il təvəllüdlü Nəcəfov Siyavuş Akif oğlu hadisə yerində ölüb.

Digər şəxs, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər