Samsung mikrodalğalı sobalarını seçməyiniz üçün 3 vacib səbəb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung mikrodalğalı sobalarını seçməyiniz üçün 3 vacib səbəb

10:10 - 30 / 11 / 2017
Samsung mikrodalğalı sobalarını seçməyiniz üçün 3 vacib səbəb

Mikrodalğalı soba artıq uzun illərdir ki, mətbəximizin ayrılmaz bir hissəsinə çevrilib. Bu sobalar olmadan nəinki evdar xanım, həmçinin, tələbə də həyatını artıq təsəvvür etmir. Belə ki, mikrodalğalı soba sürət, keyfiyyət və effektivlik demək olduğu üçün hər kəsin tələbinə çevrilib.

Mikrodalğalı soba seçimində ən vacib amillərdən biri onun multifunksionallığıdır. Əvvələr ayrı ayrılıqda multibişirən, buxardabişirən, fritöz və ya qril cihazı almalı olduğumuz halda, indi artıq  bunların  hamısını ozündə birləşdirən Samsung mikrodalğalı sobaları var.

Müasir dövrdə insanların qida üstünlükləri dəyişərək,  daha çox dietik və sağlam qida ilə əvəzlənib. Lakin, “dietik” dedikdə bir çoxumuzun ağlına suda bişmiş, dadsız bir yemək gəlir. Əgər siz də belə düşünürsünüzsə, təəccüblənməyə hazır olun!  Dünyaca məşhur Samsung şirkəti, sağlam  həyat tərzini dəstəkləyərək, müasir texnologiyalar, fuksiyalar və materiallar vasitəsi ilə yemək bişirmə prosesini daha asan, rahat və ən əsası isə dadlı etməyə çalışır. Yeni Samsung mikrodalğalı sobaları sağlam qidanın hazırlanması  üçün bir neçə rejim ilə təchiz olunub ki, sizə sadəcə inqrediyentləri əlavə etmək qalır, bütün hazırlama prosesini isə soba özü idarə edir. Ürəyiniz  ev üsulu çips istəsə belə, soba bir damla yağ istifadə etmədən istəyinizi dəqiqələr içində yerinə yetirəcək!

Mikrodalğalı soba alarkən əsas tutduğumuz ikinci vacib amil isə yeməyin tez və tam qızdırılmasıdır. Bu bəndin əsas tərkib hissəsi məhz “tam qızırdırılması” sözləridir. Çox güman  ki, bir çoxumuz belə hadisə ilə rastlaşmışıq: yeməyimizi mikrodalğalı sobada qızdırırıq, yeməyimizin qabı o qədər isti olur ki, sobadan onu götürərkən əlimizi belə yandırırıq, amma naharımızın dadına baxan kimi təəccüb içində qalırıq. Necə ola bilər ki, qabı bu qədər isti olan yemək özü əslində buz kimidir? Çoxlarımızı düşündürən bu sehrin açıqlaması mikrodalğaların düzgün paylanılmamasındadır. Belə halların qarşısını almaq üçün Samsung öz istehsalı olan sobalarda mikrodalğaların üçfəzalı paylanma sistemini (Triple Distribution System) tətbiq edir. Bu texnologiya sayəsində dalğalar kamera sahəsinə bərabər paylanaraq yeməklərinizi tam şəkildə qızdırır. Sınaq nəticələri göstərir ki, mikrodalğaların üçfəzalı şəkildə paylanması sayəsində Samsung sobaları bişirmə keyfiyyətini yaxşılaşdırmışdırlar. Bu texnologiyanın köməyi ilə yemək bərabər şəkildə qızdırılır və ayrı-ayrı nöqtələrində temperatur göstəricilərinin fərqi minimal olur. Buna görə qida özündə daha çox vitamin saxlayır, bişirmə və qızdırma isə eyni ölçüdə aparılır.

Fikirimcə, Samsung mikrodalğalı sobalarının əsas üstünlüyü onların hazır menyu ilə təchiz olunmasıdır ki, indi artıq tələbə belə fransızsayağı balığı rahatlıqla hazırlayıb dada bilər. Yemək bişirmək indi bu qədər asandır! Sadəcə ərzaqları əlavə edin və menyunu seçin, soba özü yeməyinizi bişirsin, iş sona çatdıqda isə o, səs siqnalı ilə sizə xəbər versin, daha yeməyin başında gözləmək lazım deyil.

Yarım fabrikatlara və  sizə faydası olmayan qidalara yox deyin, Samsung mikrodalğalı sobaları ilə hər bir yeməyi tez və asan bişirin! Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Optimal, Maxi.Az və Music Gallery mağazalar şəbəkələrinə müraciət edə bilərsiniz.

 Reklam hüququnda

 

Paylaş:
659

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər