Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü" qeyd edilir | 1news.az | Xəbərlər
Dünya

Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü" qeyd edilir

12:08 - 30 / 11 / 2017
Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü" qeyd edilir

Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) dövlət və xalq olaraq “Şəhid günü”-nü qürur və iftixar günü kimi qeyd edir. Günahsız şəhidlər Vətənin bayrağını yüksəklərə qaldırmaq, Vətən torpağında sülh və əmin-amanlığın bərqərar olması üçün həyatlarını qurban verərək əlçatmaz məqama yüksəlmişlər.

1news.az xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir. Vurğulanıb ki, dövlət başçısı Əla-həzrət Xəlifə ibn Zəid  Əli Nəhyanın  göstərişi ilə 30 noyabr  tarixi hər il BƏƏ-də  “Şəhid günü” kimi qeyd olunur. Əbu-Dabi taxt-tacının vəliəhdi və silahlı qüvvələrin baş komandanının müavini  Əla-həzrət Şeyx Məhəmməd ibn Zəid  Əli Nəhyanın göstərişlərinə əsasən, Əbu-Dabidəki vəliəhdin divanında şəhid ailələrinin işləri üzrə ofisdə BƏƏ-də mövcud olan bütün  rəsmi dairələrlə əməkdaşlıq çərçivəsində bütün şəhidlər mütəmadi şəkildə anılacaq və onların ailələri şərəfləndiriləcəkdir.

“Şəhid günü” BƏƏ-də  həyatlarını vətən uğurunda qurban vermiş mərd vətən oğullarının şanlı həyat yolunun bir daha xatırlanması, şəhid ailələrinə dəstək, şəhidlərin xatirəsini əbədiləşdirmək kimi mənəvi-əxlaqi hissləri əhatə etməklə yanaşı, həm də vətən övladlarının qəhrəmanlıq səlnamələrini bir daha dilə gətirmək üçün minbər rolunu oynayır.

 Bu il noyabr ayında keçiriləcək “Şəhid günü” kampaniyası bir çox  proqram və təşəbbüsləri əhatə edərək aşağıdakı mövzular üzrə keçiriləcək:

Fəxr və qürur: Öz həyatlarını Vətən uğurunda qurban verən şəhidlərin qəhrəmanlğından doğan  fəxr və qürur hisslərinin vətəndaşların qəlbində  daha da möhkəmləndirilməsi məqsədi daşıyır

Şəhidlərin xatirəsinin əbədiləşməsi:  Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün  vətən uğrunda canlarını fəda etmiş  qəhrəmanların adidə-xatirə komplekslərinin inşası bu kompaniyada  prioritet məsələ olmaqla yanaşı, həm də bu günü qeyd etmək mədəniyyətini formalaşdıracaq.

Milli birlik: Cəmiyyətin bütün üzvləri arasında birlik və həmrəylik hisslərinin möhkəmlənməsinə həsr edilən bu kompaniya milli birlik  dəyərlərinin  qəlblərdə daha geniş şəkildə kök salmasına xidmət edəcək .

Vətən uğurunda həyatını qurban vermək dəyərlərinin möhkəmlənməsi: Bu kompaniya milli gün olaraq dəyərləndirilən “Şəhid günü”-nü qeyd etmək dəyərlərinin möhkəmlənməsi məqsədi daşıyır. Şəhidlər müəyyən bir hadisə ilə və ya şəxslərlə əlaqədar olaraq xatırlanmamalıdr, əksinə onların şanlı həyat yolu həmişəlik könüllərdə məskən salmalıdır.

 Bu sənəddə mövcud olan mesaj  BƏƏ-nin xalq və dövlət olaraq Silahlı Qüvvələri,Daxili İşlər Nazirliyi təhlükəsizlik xidməti və mülki müdafiə  sahəsində çalışan mənsubları ilə fəxr etdiyini və bu ölkədə yaşayan və işləyən hər kəsin təhlükəsizliyi naminə həyatını qurban verən şəhidləri ilə qürur duymasını təcəssüm etdirir.

“Şəhid günü”...Şərəf meydanlarında canlarını Vətən torpağı naminə qurban verən şəhidlərlə fəxr etmə və onların şanlı həyat yolundan qürur duymaq günüdür.

Vətənə sadiq qalaraq həyatlarını fəda edən  ata-babaların qəhrəmanlıq dolu irsinin BƏƏ-nin  indiki övladları tərəfindən davam etdirilməsinin  nəzərə çatdırılması

 Bu günü qeyd edən BƏƏ  xalq və dövlət rəhbərliyi arasında böyük birlik dönəmini yaşayır

Şəhidlər gələcək nəsil üçün əsl örnək məktəbi və Vətəni sevməyin ən gözəl nümunəsidir

“Şəhid günü”şəhid anasının, atasının və ailəsinin rolunu və onların yüksək mənəvi dəyərlərinin ön plana çıxarılmasının nə qədər önəmli olduğunu bir daha vurğuladı.

Çətinliklər BƏƏ vətəndaşlarını birliyə, möhkəm olmağa və  hökumət ətrafında sıx birləşməyə çağırır.

“Şəhid günü” xarici ambisiyalardan ölkəni qoruyan vətən övladlarına son dərəcə xüsusi  diqqət və qayğının göstərilməsini diqqət mərkəzində saxlayır.

Dövlətin və ümumilikdə xalqın şəhid ailələrinə böyük qayğısı lazımınca işıqlandırılmalıdır.

Şəhidlərin adidə-xatirə komleksi xalqın qürur yeri olaraq onların xatirəsini əbədiləşdirir

Şəhidlərin abidə-xatirə kompleksi xalqın tarixinin canlı nümunəsidir. Bu kompleks bir ilhamlandırıcı mayak kimi gələcək nəsillər üçün örnək məktəbidir.

Şəhidlərin abidə-xatirə kompleksi -  BƏƏ vətəndaşlarının qəlblərini birləşdirməklə onların şərəf və iftixarını ehtiva edərək  rəhbərlik ətrafında sıx birləşməsini ifadə edir.

P.Sultanova

Paylaş:
731

Sizin üçün xəbərlər

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər