Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olacaq | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olacaq

12:44 - 30 / 11 / 2017
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olacaq

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.

1news.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransında deyib.

Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif isə vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilərlər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin ilk üçtərəfli görüşü keçirlb.

1news.az

 

 

 

 

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər