Neftçalada broyler fabrikindən 743 cücə oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada broyler fabrikindən 743 cücə oğurlanıb

13:27 - 06 / 01 / 2018
Neftçalada broyler fabrikindən 743 cücə oğurlanıb

Neftçalada broyler fabrikindən oğurluq edən şəxslər saxlanılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.   

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
1171

Son xəbərlər

Bütün xəbərlər