ANAMA: Ötən il 35 356 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Ötən il 35 356 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib – FOTO

14:37 - 06 / 01 / 2018
ANAMA: Ötən il 35 356 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) keçən il ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarını həyata keçirməklə, ümumilikdə, 92 843 672 kv.m (9 284.37 ha) ərazini təmizləyib.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, həmin müddətdə 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib. Ümumilikdə, 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib.

NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə Ağstafa rayonu Saloğlu layihəsi 2011-ci ildə uğurla başa çatdırıldıqdan sonra, əməkdaşlığın davamı olaraq növbəti Ceyrançöl layihəsinə 2012-ci ildə start verilib. Layihə üzrə keçən ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib, 211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.

27 avqust 2017-ci il tarixində Xızı rayonu ərazisində yerləşən keçmiş Sovet dövründən qalmış hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. Partlayışdan sonra Agentliyin 195 nəfər şəxsi heyəti həmin ərazidə təmizləmə əməliyyatlarına cəlb olunub. İndiyədək 108 gün ərzində həyata keçirilən təmizləmə əməliyyatı zamanı 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. Ərazidə əməliyyatlar davam etdirilir.

Agentlik tərəfindən 2017-ci il yanvarın 25-dən 2017-ci il iyulun 3-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılmış, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmişdir. Təmizləmə əməliyyatları 126 gün davam etmiş, bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına 17 noyabr 2017-ci il tarixində başlanılıb və 32 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar edilib, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanmış və 231 479 kv.m (23.15 ha) ərazi isə FEREX və EBİNGER dərinlik ölçən cihazı ilə yoxlanılmışdır. (Cəmi: 1 160 245 kv.m (116.02 ha)).

Ötən ilin aprel ayında Agentliklə Türkiyənin DENEL SOC LTD T/A DENEL LAND SYSTEMS INCOMPORATING MECHEM MƏRKƏZİ GUNEY AFRIKA TÜRKİYƏ ŞÖBƏSİ arasında bağlanılmış müqaviləyə əsasən 105 nəfərlik əməliyyat heyəti 13 may 2017-ci il tarixindən Türkiyənin İqdır vilayətinin İran İslam Respublikası ilə sərhəddində mina təmizləmə əməliyyatlarına cəlb olunmuşdur. 127 iş günü ərzində 116 279 kv.m (11.63 ha) ərazi təmizlənmiş, nəticədə 17 106 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyatlar 2017-ci il noyabrın 30-da sona çatıb.

Agentlik tərəfindən 2017-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 7 457 ədəd partlamamış hərbi sursat, 7 ədəd piyada mina və 64 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə 171 344 kv.m (17.13 ha) ərazi yoxlanılıb.

S.Xankişiyeva

Paylaş:
642

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər