Ötən gün 95 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 95 cinayət faktı qeydə alınıb

16:22 - 06 / 01 / 2018
Ötən gün 95 cinayət faktı qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
606

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər