Mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
S.Xankişiyeva
707