Qəza törədərək avtobusu dərəyə aşıran sürücü tutulub – FOTO – VİDEO – YENİLƏNİB   | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəza törədərək avtobusu dərəyə aşıran sürücü tutulub – FOTO – VİDEO – YENİLƏNİB  

12:30 - 07 / 01 / 2018
Qəza törədərək avtobusu dərəyə aşıran sürücü tutulub – FOTO – VİDEO – YENİLƏNİB  

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı,  “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

11.16

Zığ şosesində 175 saylı xətt üzrə ("Xətai" metrostansiyası-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 şəxsin kimliyi bəlli olub.

3 saylı şəhər Xəstəxanasından bildirib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib.

Xəsarət alanlar bunlardır:

Həsənov Taleh (1998)

Qurbanova Mətanət (1960)

Məhərrəmov Elcan (2003)

Nəbiyeva Səliqə (1959)

Ağayeva Səbirə (1975)

Məmmədli Aygün (2002)

Namazov Sədi (1938)

Məmmədov Rüstəm (1964)

Teymurova Afət (1974)

Yedyarova İrina (1975)

İsgəndərova Aygün (1981)

Savgin Vasiliy (1975)

Hüseynli Müşfiq (1998)

Babayeva Tahirə (1936)

Cəfərova Sevda (1961)

06.01.2018

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir.

Onlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

18.01

Zığ şosesində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı tanınmış jurnalist Aytən Səfərova Instagram səhifəsində qeyd edib ki, sərnişinlə dolu avtobus yoldan çıxaraq çevrilib, daha sonra dərəyə düşüb.

Onun sözlərinə görə, hadisə yerinə ard-ardına təcili tibbi yardım maşınları gəlib. Həmçinin jurnalist avtobusdan çıxarılmış sərnişinlərdən birinin videosunu da paylaşıb.

Bununla yanaşı o, qeyd edib ki, avtobusun yaxınlığına əllərində xərək olan tibb işçiləri də enib.

Həmçinin onun sözlərinə görə, ölənlər barəsində hələ ki, məlumat yoxdur.

S.Xankişiyeva

Paylaş:
1542

Son xəbərlər

Bütün xəbərlər