Mağazalardan noutbuk və planşet oğurlayan dəstə üzvləri yaxalanıb

Nərimanov rayonu ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazadan isə planşet oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.
S.Xankişiyeva
S.Xankişiyeva
616