Küveytdə futbol matçında çəpər uçub: 25 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Küveytdə futbol matçında çəpər uçub: 25 nəfər xəsarət alıb

12:36 - 06 / 01 / 2018
Küveytdə futbol matçında çəpər uçub: 25 nəfər xəsarət alıb

Küveytdə Körfəz Millətləri Kuboku uğrunda Oman və Birləşmiş Ərəb Əmirlikləri (0:0, 5:4 penalties) yığmalarının matçından sonra çəpərin uçması nəticəsində azı 25 nəfər xəsarət alıb.

1news.az-ın Life.ru-ya istinadla verdiyi xəbərə görə, hadisə oyunun sonunda baş verib.

Şüşə çəpərin uçması nəticəsində azarkeşlər yuxarı sektordan yerə yıxılıblar.

Xəsarət alanlar dərhal xəstəxanaya aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
640

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər