Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

17:28 - 16 / 02 / 2021
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, D. Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək. Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq.

1news.az

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər