Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

09:54 - 17 / 02 / 2021
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Sabah, fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

1news.az

Paylaş:
313

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər