Rusiya XİN başçısı: Azərbaycanla münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək
“Biz dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə geniş müzakirələr apardıq”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
Rusiyalı nazir bildirib ki, bu gün isə C. Bayramovla geniş müzakirələr aparıb: “Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər”.
XİN başçısı qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər: “Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.
Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ailə təhsil sahəsində də yüksək əməkdaşlığı var.