DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq | 1news.az | Xəbərlər
Siyasət

DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq

S.Xankişiyeva12:22 - 11 / 05 / 2021
DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq

İran İslam Respublikası ilə sərhəddə yerləşən sərhəd zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

M.Şərifovanın sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib: “Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şüküratan və Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər