Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb – FOTO – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva13:22 - 11 / 05 / 2021
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhu Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkələr arasında münasibətlər strateji xarakter daşıyır:

"Hazırda ölkələr arasında müxtəlif sahələr üzrə 230-dan çox saziş imzalanıb. Bu proses müxtəlif strukturlar, nazirliklər və digər qurumlar arasında inkişaf etməkdədir".

Nazir mövcud sazişlər arasında dostluq və strateteji tərəfdaşlıq, dövlət sərhədi barədə sənədləri qeyd edib.

12:52

Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun mətbuat konfransı keçirilir.

1news.az Trend-ə istinadla konfransdan canlı yayımı təqdim edir:

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər