ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir - Vüqar Rəhimzadə

13:12 - 13 / 07 / 2021
ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir - Vüqar Rəhimzadə

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Bu heç də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, işğal altında olan torpaqlarımızda həyata keçirdikləri vandalizm aktlarını unutmaq anlamına gəlmir. Cənab İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, xalqımız bu vəhşilikləri, Xocalı soyqırımını, şəhidlərimizi heç zaman unutmayacaq.

1news.az xəbər verir ki, bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

"Ermənilərin işğal dövründə, eyni zamanda, 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən törətdikləri vəhşiliklər ölçüyəgəlməzdir. Həmçinin 44 günlük müharibə dövründə döyüş meydanında məğlubilyyətlərini həzm edə bilməyən Ermənistan silahlı qüvvələrinin sərhəddən uzaq rayonları beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş raketlərlə atəşə tutmaları, onlarla günahsız insanın ölümünə, yaralanmasına, saysız-hesabsız yaşayış binalarının, fərdi evlərin, mülki obyeklərin dağılmasına səbəb olduqları dünyaya bəllidir və beynəlxalq aləmin gözü qarşısında baş vermiş vandalizm aktlarıdır. Bütün bunlara rəğmən yenə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin- ABŞ, Rusiya və Fransanın səfirlərinin bugünlərdə Bakıda akreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərinə qatılmamaları diqqətdən kənarda qala bilməz. ATƏT-in Minsk qrupunun, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi ABŞ, Rusiya və Fransa diplomatlarının belə mövqe nümayiş etdirmələri bir daha bu dövlətlərin ermənipərəst siyasətlərinə aydınlıq gətirməklə yanaşı, Zəfərimizdən sonra sülh modelinə uyğun olaraq yeni reallıqlara dəstək göstərmək əvəzinə, əksinə münasibətlərin gərginləşməsində maraqlı olduqlarını təsdiqlədilər.»

V.Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatının imzalanmasından, yəni Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdam rayonlarında olublar: «Bu dəfə isə Qarabğın tacı, mədəniyyət beşiyimiz Şuşanı ziyarət etdilər. Təbii ki, bu səfərin məqsədi bəllidir. Səfirlərin məramı hər hansı bir dövlətin fəaliyyət göstərdiyi ölkədə elçisi olmaqla bərabər, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına töhfələr vermək olmalıdır. Erməni vandalizminin izləri ilə əyani tanışlıq, diplomatların təmsil etdikləri ölkələri həqiqətlərlə dolğun şəkildə məlumatlandırmaları baxımından belə səfərlər xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bu səfərlər torpaqlarımızın tarixi sahibinə qayıdışının təsdiqidir. Ümumilikdə 50-yə yaxın dövlət və beynəlxalq təşkilatın 100-dən çox nümayəndəsinin Şuşaya səfəri bu baxımdan xüsusi diqqət çəkir. Şuşaya səfər edənlər arasında Xorvatiya, Bolqarıstan, İtaliya, Latviya, Macarıstan, Niderland, Polşa, Yunanıstan, Türkiyə, Belçika, Estoniya, Litva, eyni zamanda, NATO və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Belarus, Qazaxıstan və Tacikistan kimi ölkələrin diplomatları da olublar. Bu səfərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin iştirak etməmələri bu dövlətlərin açıq-aşkar torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın yeni reallıqlar yaratması ilə barışmadıqlarını nümayiş etdirir.»

Baş redaktor bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfərdə iştirak etməmələri bir daha onlara qarşı etimadsızlıq mühtini dərinləşdirir: «Fransanın həmsədr dövlət kimi fəaliyyətsizliyi, ermənipərəst mövqeyi hər kəsə bəlli olan faktdır. ABŞ-ın indiki Administrasiyası «erməni soyqırımı» ifadəsini işlətməklə ermənilərə dəstəyini ifadə etdiyi halda sonra atdığı addımları ilə bunu pərdələməyə çalışsa da, artıq reallıq göz önündədir. Rusiyaya gəldikdə isə 10 noyabr razılaşmasında vasitəçi tərəf, eyni zamanda, bölgədə sülhün, təhlükəsizliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının burada yerləşdirilməsinə, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsinə baxmayaraq, təəssüf ki, şimal qonşumuz hələ də problemə ikili yanaşma nümayiş etdirməkdədir. Dünyanın super güclərinin bölgədə yaranan yeni reallıqların gerçəkləşməsinə mane olmaq cəhdləri birmənalı qarşılana bilməz. Düşünürdük ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyalarını yerinə yetirməyən, Ermənistana dəstək olan bu dövlətlər postmüharibə dövrünün reallıqlarının həyata keçməsinə vasitəçi olmaqla, Ermənistanı sülh razılaşmasına məcbur etməklə özlərinə qarşı inamsızlıqda dəyişiklik edə bilərlər. Amma göründüyü kimi, bu dövlətlər üçün ədalət meyarı yenədə arxa plandadır. Belə səfərlərin mahiyyəti hər halda ABŞ, Rusiya və Fransa diplomatlarına çox yaxşı bəlli olduğu üçün onlar yenə də seyrçi mövqedə dayanmağa üstünlük verdilər. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri kamera qarşısına keçib həqiqətləri söyləmək gücündə olmadıqlarını nümayiş etdirdilər. Bununla da erməni sevgilərini, münaqişənin 30 ilə yaxın dövrdə uzanmasının yardımçı olduqlarını təsdiqlədilər.»

«ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir. Realıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanı bunun bir daha təsdiqi, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj oldu» söyləyən baş redaktor qeyd edib ki, dövlətimiz postmüharibə dövrü ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözlədiyi halda, onların ölkəmizdəki elçilərinin belə mövqe ortaya qoymaları əksinə, qurumun tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlərin əməli işdə öz təsdiqini tapmasını qaçılmaz edir».

1news.az

Paylaş:
260

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər