Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdı | 1news.az | Xəbərlər
Siyasət

Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdı

Qafar Ağayev16:36 - Bu gün
Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, COP29 çərçivəsində keçirilən mətbuat konfransında Türkiyənin Orta Dəhlizin inkişafına verdiyi dəstək, İnkişaf Yolu Dəhlizi üzərində aparılan işlər və Zəngəzur dəhlizi barədə məlumat verib.

1news.az-ın xəbərinə görə, nazir bildirib ki, Fars körfəzindən başlayaraq 1200 kilometrlik məsafəni qət edib Türkiyəyə çatan İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə birləşdirərək Avropaya uzatmaq planlaşdırılır.

O vurğulayıb ki, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan mühüm rol oynayır və sərmayələr qoyaraq əhəmiyyətli işlər görür:
"Biz də bu dəhlizi dəstəkləmək və inkişaf etdirmək üçün müvafiq addımlar atırıq. Hazırda Orta Dəhlizdə elektrikli qatarlar və lokomotivlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılır".

Nazir həmçinin Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə olan Zəngəzur dəhlizi ilə bağlı görülən işlərə toxunub:
“Azərbaycan tərəfi ilə bu istiqamətdə prosesləri sürətlə davam etdiririk. Dəhlizin Ermənistan və ya İran ərazisindən keçəcəyinə Azərbaycan qərar verəcək. Daha sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə birləşəcək. Türkiyədə layihəni tamamlayaraq tenderi keçirdik və yaxın günlərdə tikinti işlərinə başlayacağıq. Bu yolla Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik. Bu addımlar regionun nəqliyyat sisteminin daha da inkişafına və beynəlxalq ticarət əlaqələrinin güclənməsinə mühüm töhfə verəcək”.

Paylaş:
47

Son xəbərlər

Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edibBu gün, 17:42Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdiBu gün, 17:37Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşübBu gün, 17:33Yeni təyin olunmuş hakimlər and içiblərBu gün, 17:31Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olubBu gün, 17:09“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”Bu gün, 17:02Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdıBu gün, 16:36Şəkidə maşın aşıb, xəsarət alan varBu gün, 16:35Sahibə Qafarova Rusiyaya işgüzar səfər edibBu gün, 16:34AYNA: COP29-un 9 günü ərzində 378 minə yaxın sərnişin daşınıbBu gün, 16:33Türkiyəli nazir: COP29 kimi genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək böyük cəsarət tələb edirBu gün, 16:08Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edibBu gün, 16:03Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdürBu gün, 15:49“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verirBu gün, 15:31Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasına investisiya haqqında memorandum imzalanıb - FOTOBu gün, 15:22DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edibBu gün, 15:16Fransa səfiri Azərbaycan XİN-ə çağırılıbBu gün, 14:49Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılırBu gün, 14:26Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edibBu gün, 14:18Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdirBu gün, 13:46
Bütün xəbərlər