Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO

Qafar Ağayev17:00 - Bu gün
Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” ilkin variantda istifadəyə verilib.

Qlobal enerji keçidi üçün lazım olan məlumatları əhatə edən portal ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdə yeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdim olunur.

Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. “Yaşıl artım portalı”na həmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əks olunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslanan məlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyən etməyə və ondan faydalanmağa yardım edəcək.

İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciri üzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirə biləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalq ortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrə vəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırma aparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməklə ölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlil olunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarla bağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artım perspektivləri barədə də məlumatları əldə etmək mümkündür.

Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və bu prosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensial investorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onların istehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edə biləcəklər.

Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb. 2025-ci ildə tam fəaliyyət göstərəcək “Yaşıl artım portalı”na beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq. Portaldan istifadə ödənişsizdir.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın portalla bağlı videomüraciəti ilə aşağıdakı linkdən tanış olmaq olar:

Paylaş:
42

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər