Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb

15:49 - 27 / 11 / 2024
Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə gegional qrupundan 1news.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan İntiqam Bağırovdan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər