ADDA-da 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADDA-da 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Qafar Ağayev15:02 - 19 / 01 / 2022
ADDA-da 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Anım tədbirində çıxış edən ADDA-nın rektoru Heydər Əsədov bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 32 il ötsə də, xalqımız indiyədək bu faciəni unutmur, azadlığa gedən bu yolda göstərilən qeyrət, iradə və hünərlə fəxr edir.

Rektor Ümummilli Heydər Əliyevin 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoysa da, ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra verilib.

Heydər Əsədov bildirib ki, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra ADDA-nın “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev, Akademiyanın baş müəllimi Sevinc Rzayeva və 209 İ qrupunun tələbəsi Mirhəsən Səfərli çıxış edib. Onlar 20 Yanvar hadisələrinin tariximizə suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzi kimi daxil olduğunu bildiriblər. Bununla belə, həmin günlərdə haqsızlıq və ədalətsizliyə etiraz edən dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən cinayət olduğu qeyd edilib.

Tədbirin sonunda ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin hazırladığı “Azadlıqla bitən SOS” adlı tarixi-sənədli film nümayiş olunub.

Filmdə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət zamanı dənizçilərimizin nümayiş etdirdiyi yenilməzlik və qəhrəmanlıqdan bəhs olunur. Hadisələrin canlı şahidi olan dənizçilərin fikirləri əsasında hazırlanan sənədli film tutarlı faktların zənginliyi ilə seçilir.

Paylaş:
305

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər