Bəxtiyar Məmmədov: Metropolitendə dörd yeni güclü ventilyator quraşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəxtiyar Məmmədov: Metropolitendə dörd yeni güclü ventilyator quraşdırılıb

Qafar Ağayev16:19 - 09 / 06 / 2023
Bəxtiyar Məmmədov: Metropolitendə dörd yeni güclü ventilyator quraşdırılıb

“Bakı Metropoliteni”ndə plana uyğun olaraq, 4 yeni güclü ventilyatorun quraşdırılması işləri başa çatdırılıb. Daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi davam etdirilir.

Bunu 1news.az-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, yeni ventilyatorlar quraşdırılmazdan əvvəl köhnəsi sökülməklə beton özül təbəqəsi dağıdılır. Daha sonra yeni ventilyatorun texniki tələblərinə uyğun yeni təməl meydança qurulur. Bu zaman ventilyatorun maksimum faydalı işləməsi üçün özül təbəqənin hündürlüyü müvafiq standartlara uyğunlaşdırılır. Yalnız bundan sonra yeni ventilyator quraşdırılır.

Onun sözlərinə görə, ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir. “Bakı Metropoliteni” QSC-nin dünya istehsalçıları arasında apardığı monitorinq və müvafiq qiymətləndirmənin nəticəsi kimi, son illərdə havalandırma qurğuları Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan alınır.

B.Məmmədov əlavə edib ki, dünyada fəaliyyət göstərən müəssisələr arasında Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri, üstünlüyü və səmərəsi ilə digər analoqlarından seçilir. Avadanlıq iqtisadi cəhətdən də daha münasib olmaqla yanaşı, texniki qulluğu və təmir-təftişi daha rahat, asandır. Elektrik enerjisinə daha çox qənaət edir. Şirkət servis qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. Texniki istehsal tapşırıqlarında Bakının iqlim şəraiti, metropolitenin geoloji, infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət edilməsi də yer alıb.

Vurğulayib ki, son illərdə metropolitendə ventilyasiya sisteminin, həmçinin qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

O qeyd edib ki, əvvəlki analoqları ilə müqayisədə, yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada dispetçer tərəfindən aparılır. Bu isə ventilyatorun iş rejiminin ən qısa müddətdə dəyişdirilməsinə və operativ işinin qurulmasına zəmin yaradır. Beləliklə, ventilyatorların işinin təşkilində təhlükəsizlik yüksək səviyyədə artırılıb, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanları yaradılıb. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunur. İdarəetmə dolabları və sistemlər "Siemens", "Schneider", ETON kimi aparıcı istehsalçıların elektron avadanlıqları ilə qurulub.

Şöbə rəisi bildirib ki, 2022-2023-cü illərin planına uyğun, “VOM 24-R” tipli 75 kVt və “VOM 20” tipli 55 kVt gücə malik tipli havalandırma qurğuları isə stansiya və tunel şaxtaları üçün nəzərdə tutulub. Hazırda 4 ventilyator “Əhmədli-Həzi Aslanov” mənzili, “Cəfər Cabbarlı” və “Xətai” (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun “Əhmədli-Həzi Aslanov” və “Qara Qarayev-Neftçilər” mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.

Onun sözlərinə görə, ümumilikdə, metropolitendə 123, o cümlədən son 5 il ərzində Yaşıl və Qırmızı xətlərdə 23 yenilənmiş və yeni stansiyalarda quraşdırılmış daha 8 güclü ventilyasiya qurğusu var və hər biri tam işlək vəziyyətdədir. Əldə olunmuş müsbət nəticələrə əsasən, yeni ventilyator qurğularının istifadəyə verildiyi stansiyalarda temperatur rejimi 3 dərəcəyə qədər aşağı salınıb.

Paylaş:
364

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər