Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub

Qafar Ağayev16:25 - 20 / 06 / 2024
Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub

2024-cü ilin iyun ayının ötən dövrü ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4.8 dərəcə yüksək olub.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, havanın maksimal temperaturu iyun ayının bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib:

“İyun ayında havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ölkə ərazisində ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək isti olub”.

N.Mahmudovun sözlərinə görə, iyun ayının ötən dövrü ərzində ölkə ərazisində isti hava şəraiti ilə bərabər xüsusilə dağlıq və dağətəyi rayonlarda hava qeyri-sabit keçib, şimşək çaxıb, yağıntılar qısamüddətli, arabir leysan xarakterli intensiv olub, dolu düşüb:

“İyun ayının ötən dövründə dağlıq və dağətəyi rayonlarda 15 gün, Mərkəzi Aran rayonlarında isə 11 gün hava yağıntılı keçib, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Ən çox yağıntı Böyük-Qafqaz və Mərkəzi Aran zonasında qeydə alınıb”.

Xidmət rəisi bildirib ki, 1-19 iyun tarixlərində ölkənin ayrı-ayrı bölgələrində 44 dəfə dolu hadisəsi qeydə alınıb:

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində küləkli günlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub, küləyin maksimal sürəti arabir 34 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”.

N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə də qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, ayrı-ayrı bölgələrdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
198

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər